Gəncədə universitetlərdən birində yeni mərkəz yaradılıb. Bu haqda 15 sentyabr tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın iclası keçirilib. Burada İnnovasiya Mərkəzinin yaradılması qərara alınıb. Bununla da ATU-da innovativ ekosistemin əsası qoyulub.
Mərkəzin yaradılmasında məqsəd tələbələrin startaplara cəlb olunması, innovativ ideyaların dəstəklənməsi, startaplarla işin təşkili və koordinasiya olunması, universitet-sənaye əlaqələrinin genişləndirilməsi, eləcə də təlim və kurslarla işgüzar maarifləndirməni həyata keçirərək elmi-texniki tərəqqiyə dəstək olmaqdır. Yeni müəssisə elmi-tədqiqat yönümlü çalışacaq.
Fəaliyyət istiqamətinə əsasən, tələbələr elmi tədqiqata əsaslanan yeni ideyalar verərək innovativ fəaliyyətin təşkil olunmasına, innovativ mühitin formalaşmasına nail olacaqlar.