Gəncədə həbsxanaya narkotik keçirməyə cəhd göstərilib. Bu haqda 21 avqust tarixində Apa-ya istinadən məlumat veririk.
İstintaq təcridxanasında saxlanılan vətəndaşa narkotik keçirən şəxs tutulub. Şəhər sakini Suliddin Abdullayev 2 saylı istintaq təcridxanasında saxlanılan oğlu M. Abdullayevə sovqat gətirib. Yoxlama zamanı qara rəngli kişi alt geyiminin yuxarı hissəsində xüsusi qaydada gizlədilmiş narkotik vasitəyə bənzər maddə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.