Gəncədə Müseyib Bağırov küçəsinin 4-cü döngəsində yolların vəziyyətinin acınacaqlı olduğu bildirilir.
Gencexeber.az-a sakinlərdən daxil olan şikayətlərə görə, ərazidə asfalt örtüyü dağıldığından həm piyadaların, həm də avtomobillərin hərəkəti olduqca çətinləşib. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Yolun çökək və dağılan hissələrində yağış suları toplanaraq böyük gölməçələr yaradır.
Vətəndaşlar qeyd olunan ərazidə yolun təmir edilərək normal vəziyyətə gətirilməsini istəyirlər.