top
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
23 dekabr 2024, 18:30
- ↺ +

Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı

 

Orta məktəbi bitirməyən arvadını mühasib, qardaşı oğlunu özünə müavin təyin edən Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin sabiq sədri, 1963-cü il təvəllüdlü Şakir Ataxanova hökm oxunub.

Qaynarinfo.az xəbər verir ki, məhkəmədə sabiq bələdiyyə sədrinin Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb.

Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı məlum olub ki, Şakir Ataxanov qanuna zidd olaraq tam orta təhsili olmayan həyat yoldaşına bələdiyyə qulluqçusu statusu alıb. Təqsirləndirilən şəxs həyat yoldaşını 2013-cü ildən 2023-cü ilə kimi Çovdar bələdiyyəsində mühasib kimi çalışdırıb. Təkcə 2020-2023-cü illər ərzində 63 yaşlı bələdiyyə sədri Şəlalə adlı xanımının adına 15378.90 manat əmək haqqı ödəyib.

Şakir Ataxanov başqa bir müəssisədə operator vəzifəsində işləyən qardaşı oğlu Ramilin özünə müavin seçilməsinə şərait yaratmaqla 2021-2023-cü illər ərzində bələdiyyə büdcəsindən onun adına 10188.90 manat məbləğində əmək haqqı ödəyib.

Bundan başqa, o, Daşkəsən rayonu, Çovdar bələdiyyəsinin sədri olaraq bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyənin yerli gəlirlərini öz adına olan əməkhaqqı kartına köçürülməsini təmin edib.

Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən yerli büdcədən əmək haqlarına ayırmaların ümumi büdcənin 50 faizindən çox ola bilmədiyi halda, 2019-2023-cü illərdə ümumilikdə 38.091,54 manat məbləğində əmək haqqının ayrılmasını təmin etməklə israfçılığa yol verməklə yanaşı, yerli özünüidaretmə fəaliyyəti düzgün təşkil etməyərək vəzifə öhdəliklərini yerinə yetirməmiş, bələdiyyənin hüquqları və qanuni mənafelərinə mühüm ziyan vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Şakir Ataxanov həyat yoldaşı Şəlalə ilə birgə digər nümayəndələrin iştirakı olmadan Çovdar bələdiyyəsinin adından qərar verib.

Bələdiyyə sədri məhkəmədə ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, bələdiyyə üzvlərini dəfələrlə iclaslarla çağırmasına baxmayaraq, iclaslarda iştirak etməyiblər. Çovdar bələdiyyəsinin möhür, ştamp və bank hesabı bələdiyyə sədri kimi onda olub. Buna görə də onların yerinə imza atmaqla rəhbərlik etdiyi bələdiyyədə işlər aparıb. Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərini bilmədiyi üçün bələdiyyə üzvü olduğu halda həyat yoldaşını mühasib kimi işə qəbul etdiyini də bildirib.

Məhkəmənin qərarı ilə Şakir Ataxanov 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona Goranboy rayon Goran qəsəbəsində yerləşən yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, üzərində elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
Dünən, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
Dünən, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Dünən, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Dünən, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Oxşar xəbərlər