Gəncədə arvadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb. Bu haqda 23 avqust tarixində Gəncə şəhər Prokurorluğuna istinadən xəbər veririk.
2022-ci ilin 14 dekabr tarixində şəhər sakini Zaur Süleymanov həyat yoldaşı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib. Prokurorluğun məlumatına əsasən, Süleymanovun məhkəməsi başlayır.
Saxlanılan şəxsə Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürməyə cəhd maddəsilə ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.