Gəncə təmsilçisi növbəti rəqibini qəbul edib. Bu haqda 4 sentyabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Matç Misli Premyer Liqasının V turu çərçivəsində Gəncə şəhər stadionunda baş tutub. “Sarı-göylər” oyunun ilk hissəsində iki top buraxıblar. Daha sonra 78-ci dəqiqədə Mate Kvirkviya penaltidən qol vurub.
Matç təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.