Gəncədə marketlərdən birində nöqsanlar aşkarlanıb. Bu haqda 6 mart tarixində AQTA-ya istinadən məlumat veririk.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlamalar keçiriblər. Nəticədə Ə.Ü.Gəncəvi və Süleymən Rəhimov küçələrinin kəsişməsində yerləşən "Maxi" marketdə qayda pozuntusu üzə çıxıb. Belə ki, burada baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.