Gəncədə restoran sahibi cərimələnib. Bu haqda 14 yanvar tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.
Agentliyin əməkdaşları şəhər ərazisində pandemiya dövrünün tələblərinə, müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirib. Üzeyir Hacıbəyov və Sədi küçələrinin kəsişməsində yerləşən "Dost Qapısı" restoranında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilib. Bu səbəbdən restoranın sahibi inzibati məsuliyyətə cəlb olunub.