Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gəncəyə səfər edib. Bu haqda 6 mart tarixində səfirin sosial şəbəkə hesabına istinadən məlumat veririk.
Bu gün Ralf Horlemann öz Twitter hesabında paylaşım edib. Səfir bildirib ki, şəhərimizdə iki gün olacaq.
“Bu gün və sabah Nizami Gəncəvinin, Mirzə Şəfinin Vətəni olan mədəniyyət şəhəri Gəncədəyik. Səfərə görə və Gəncə İH başçısı cənab Niyazi Bayramovla görüşməkdən çox şad olacağam”, – deyə paylaşımda qeyd olunub.