Gəncədə səhhəti pisləşən Xalq artisti ziyarət olunub. Bu haqda 18 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Bu gün, iyulun 18-də Şahnaz Haşımova səhhətində yaranmış problemlə əlaqədar olaraq, Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirlib. Bu səbəbdən icra başçısı Niyazi Bayramov və Millət vəkili Müşfiq Cəfərov Xalq artistini ziyarət ediblər. Şəhər rəhbəri Şahnaz xanımın səhhəti ilə maraqlanıb, ona şəfa diləyib.
Xəstəxanadan bildirilib ki, müğənniyə yüngül formada beyin-qan dövranının pozulması diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir.