Bakıdan gələn aktyorlar Gəncədə tamaşa ilə çıxış edəcəklər. Bu haqda 16 iyun tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat veririk.
Mədəniyyət Nazirliyi Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş regionlara təşkil olunan qastrol səfərlərinə start verir. Tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Nizami yurduna gəlib.
Heyət bu gün, 16 iyun saat 18:00-da Gəncə Dövlət Dram Teatrında çıxış edəcək. Tamaşaçılara Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunacaq.