Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qətl hadisəsi baş verib.
Qətlə yetirilən Fatma Musayevanın həyat yoldaşı Elman Musayev hadisə ilə bağlı Gencexeber.az-a danışıb.
O bildirib ki, Z.Musayeva iyun ayında ondan min manat pul istəyib:
“Mən elə hiss etdim ki, daha öncə yoldaşıma deyib, yoldaşım razılaşmayıb. Bizə dedi ki, oktyabr ayında pulu verəcəm. Oktyabr qurtardı, pulu qaytarmadı, dedik noyabrı gözləyək. Təxminən 20 gün olar pulu verib. Əvvəllər aralarında heç bir problem olmayıb. Qohumuq, əmimoğlunun yoldaşıdır. Hadisəni törətdikdən sonra evdən 6-7 min arası pul da götürüb" , - deyə E. Musayev bildirib.
Qeyd edək ki, hadisə zamanı Zülfiyyə Musayeva Fatma Musayevaya boğaz nahiyəsinə kəsici alətlə zərbə vuraraq sonuncunu qətlə yetirib.