Gəncədə rüşvət aldığına görə saxlanılan dekanın cəzası bəlli olub. Bu haqda 3 oktyabr tarixində Oxu.az-a istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun cinayət işi üzrə məhkəmə iclası baş çatıb. Burada ona hökm oxunub. Sabiq dekan 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ əlindən alınaraq, 8 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş cəza 4 il sınaq müddəti ilə şərti hesab edilib.
Xatırladaq ki, Famil Nəsibovun dekan vəzifəsində işləyərkən həmin fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.