Gəncədə təqdimat mərasimi keçirilib. Bu haqda 13 sentyabr tarixində ADAU-ya istinadən məlumat veririk.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Qonaqlar universitetin İqtisadiyyat fakültəsində “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” layihəsi üzrə tədqiqat nəticələrinin təqdimatını keçiriblər.
İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərli araşdırmanın metodologiyası və nəticələri haqqında məruzə ilə çıxış edib. ADAU-nun rektoru Zəfər Qurbanov bu cür araşdırmaların əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra İqtisadiyyat İnstitutu və ADAU arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qonaqlar İqtisadiyyat fakültəsində maddi-texniki baza ilə də tanış olublar.