Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “CreArt” klubunun təşkilatçılığı ilə "Rəqs Festivalı" keçiriləcək.
Gencexeber.az məlumat verir ki, festival 29 aprel, saat 12:00-da baş tutacaq.
Festival çərçivəsində universitetin müxtəlif fakültələrindən olan tələbələr rəqs bacarıqlarını nümayiş etdirəcək.