Gəncədə beynəlxalq tədbir keçiriləcək. Bu haqda 21 sentyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
"6-cı Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri" üzrə beynəlxalq konfrans Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunacaq. Tədbir 22 sentyabr saat 9:30-da ADAU-nun İnzibati binasının böyük zalında baş tutacaq.
Konfrans ADAU, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və EGE Universiteti ilə birlikdə təşkil olunur.