top
9 May - Faşizm üzərində Qələbə günüdür
09 may 2026, 00:01
- ↺ +

9 May - Faşizm üzərində Qələbə günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün 9 may - alman faşizminə qarşı müharibənin qələbə ilə başa çatdığı gündür.

1939-cu il sentyabrın 1-də faşist Almaniyası Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu, bəşəriyyət tarixində möhtəşəm, unudulmaz bir hadisədir. Bu savaşda Azərbaycanın da payı böyük olub — 600 mindən çox azərbaycanlı cəbhəyə yollanaraq qəhrəmanlıq göstərib. Azərbaycan xalqı həm döyüş meydanında, həm də arxa cəbhədə misilsiz fədakarlıqlar nümayiş etdirib. Qələbə günündə onların xatirəsi ehtiramla anılır.

Gencexeber.az məlumat verir ki, həmin illərdə Gəncədən 25 643 nəfər əsgər, 731 nəfər zabit ordu sıralarına səfərbər olunub. Onlar, əsasən, Azərbaycanda formalaşan milli diviziyaların sıralarında vuruşurdu.

Həmin dövrdə kişilər cəbhəyə yollandığından Gəncənin sənaye müəssisələrində çalışan qadınların sayı iki dəfədən çox artdı. 1944-cü ildə artıq ümumi işçilərin 55,3%-ni qadınlar təşkil etdi. Gəncənin müəssisələrində istehsal hərbi sifarişlər və cəbhə üçün gərəkli məhsullar üzrə təşkil edilirdi. Həmçinin istehsalın həcmi artırılırdı və üç növbəli iş rejimi tətbiq olundu.

Arxa cəbhədə əməyə görə 600-dən çox gəncəli fəhlə, kolxozçu, ziyalı orden və medallarla təltif edilib.

Müharibə illərində Gəncədə məktəb, klub kimi müxtəlif təyinatlı binalarda hərbi xəstəxanalar yerləşdirildi. Bundan başqa, şəhərdə qanköçürmə stansiyası təşkil edildi. Ümumiyyətlə, 4 il ərzində 2604 nəfər gəncəli donor cəbhə üçün min litrdən çox qan verib. Gəncədə müalicə olunan döyüşçülərin ruhdan düşməməsi üçün Gəncə Dram Teatrının kollektivi 2 minə yaxın konsert proqramı təşkil edib.

Cəbhə bölgələrindən köçürülən 16 mindən çox insan Gəncə və Göygöldə sığınacaq tapıb. 1942-ci ildə gəncəli ailələr valideynlərini itirən 200-dən çox uşağı övladlığa götürüb. Həmin dövrdə yaradılan 2 uşaq evində 375 uşaq tərbiyə edilirdi.

Gəncəlilər müharibə illərində döyüşçülərə sovqatlar yollayırdılar. 1941-1945-ci illərdə Gəncədən müdafiə fonduna 1 kq-dək qızıl, 18 kq gümüş, milyon manatlarla nağd pul verilmişdi.

Gəncədən yollanan yüzlərlə döyüşçü cəbhədə şöhrət qazanıb. Onların arasında İsrafil Məmmədov, Museyib Bağırov və Məmməd Məhərrəmov Sovet İttifaqı qəhrəmanı adına layiq görülüblər. Gəncəli mütəfəkkir Mirzə Abbas Abbaszadənin oğlu Ənvər Abbaszadə İtaliya partizan hərəkatının qəhrəmanı olub. O, "Armando" ləqəbi ilə tanınıb. Həmçinin bir çox zabitlər Azərbaycan diviziyasının heyətində Qafqazdan Berlinədək döyüşüblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Oxşar xəbərlər