Gəncə sakininin cəsədi tapılıb. Bu haqda 1 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə Gədəbəy rayonunun Qaramurad kəndindən keçən çayda qeydə alınıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Məlum olub ki, cəsəd 76 yaşlı Gəncə şəhər sakini Tofiq Səfərova məxsusdur.
Faktla bağlı araşdırma aparılır.