Gəncədə bir nəfər özünə qəsd etmək istəyib. Bu haqda 14 avqust tarixində Apa-ya isitinadən xəbər veririk.
Hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb. 73 yaşlı Roman Məmmədov boğazına və qarnına bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, o əməliyyat olunub və hazırda vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.