top
69 yaşlı kişi dostunun əqli qüsurlu qızını zorladı – DƏHŞƏTLİ HADİSƏNİN DETALLARI
24 aprel 2025, 14:19
- ↺ +

69 yaşlı kişi dostunun əqli qüsurlu qızını zorladı – DƏHŞƏTLİ HADİSƏNİN DETALLARI

 

Şəmkirdə kişi xəstə qıza təcavüz edib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Bayram 1956-cı ildə Şəmkir rayonunda anadan olub. O, qonşusu Vahidin (ad şərtidir) evinə dəfələrlə qonaq kimi gedib. Bu müddətdə Vahidin “davranış pozğunluğu ilə müşayiət olunan yüngül dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkən 27 yaşlı qızının olduğunu bilib. Əqli durumu normal olmadığını bildiyi halda Vahidin qızı Almazı (ad şərtidir) zorlamaq qərarına gəlib. Almazın evdə tək olduğunu bilib, onlara gedib. Qızın razılığı olmadan onunla məcburi cinsi münasibətdə olub. Bayram bu hərəkətini dəfələrlə təkrarlayıb. Cinsi münasibətdən sonra Almaz hamilə qalıb. Qadın 6 aylıq hamilə olan zaman hadisənin üstü açılıb.

Bayram Azərbaycan Respublikası CM-nin 149.2.5 və 150.2.5-ci maddələri ilə təqsirləndirilib.

“10-15 dəfə cinsi əlaqədə olduq…”

Məhkəmədə təqsirləndirilən Bayram ittiham üzrə özünü təqsirli bilməyib:

“İl yarım vaxt ərzində bir gündən bir Vahidgilin evinə gedib-gəlirdim. Bir gün onun qızı Almaz məndən 20 manat borc pul istədi. Bundan sonra dəfələrlə 5, 10 manat borc aldı. Almaz tək olduğu vaxt məni evə çağırdı. Evə girən kimi nə üçün çağırdığını soruşdum. Mənə macal vermədən dartaraq yataq otağına apardı. Birlikdə cinsi əlaqədə olduq.

Daha sonra mənə dəfələrlə zəng edir, mesaj yazırdı. Almaz ilə təxminən 10-15 dəfə cinsi əlaqədə olmuşuq. Mən hər dəfə onlara gedəndə Almaz göz-qaş edirdi. Psixi durumunun yaxşı olmadığını bildiyim üçün fikir vermirdim. Onun 6 aylıq hamilə olduğunu biləndə abort üçün 90 manat verdim”.

“Bayram mənə təcavüz edəndə ögey anam evdə idi…”

Daha sonra zərərçəkmiş Almaz məhkəmədə ifadə verib:

“Bayram bizim qonşumuzdur. Tez-tez bizə gəlib gedirdi. Bayram ögey anama da pul vermişdi. Bir gün qab yuyanda Bayram gəlib məni arxadan qucaqladı. Boğazıma bıçaq dayadı və məni istədiyini dedi. Mənimlə məcbur cinsi əlaqədə oldu. Məni buna məcbur elədi. Ögey anam da evdə idi. İlk dəfə cinsi əlaqədə olanda məndən qan gəldiyini ögey anama dedim. O da heç nə olmayacağını dedi. Ögey anam evdə olsa da, heç nə etmədi. Bu hal dəfələrlə yaşandı.

Hamilə olduğumu öyrəndikdə hər şeyi bacıma danışdım. Uşağın Bayramdan olduğunu da dedim. Onun dedikləri yalandı. Mən Bayramdan pul almamışam”.

İstintaqda məlum olub ki, Bayramla Almazın ögey anasının münasibəti varmış. Bayram dəfələrlə onun ögey anasına bazarlıq etmiş, pullar vermişdir.

Məhkəmənin qərarı ilə Bayram 9 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər