Gəncədə əxlaqsızlıq yuvası təşkil olunub. Bu haqda 24 avqust tarixində Oxu.az-a istinadən məlumat veririk.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər ərazisində əxlaqsızlıq yuvası saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalar zamanı şəhər sakini D.N.-in əxlaqsızlıqla məşğul olmaq üçün yuva təşkil etməsi məlum olub. Polis əməkdaşları tərəfindən 69 yaşlı qadın və bununla məşğul olan əlavə iki nəfər saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.