top
64 yaşlı kişi sevgilisindən ayrıldı, yeniyetmə qızına təcavüz etdi - Dəhşətli cinayət
19 mart 2026, 15:31
- ↺ +

64 yaşlı kişi sevgilisindən ayrıldı, yeniyetmə qızına təcavüz etdi - Dəhşətli cinayət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuzda 64 yaşlı kişi sevgilisinin 14 yaşlı qızına təcavüz edib.

Oxu.аz xəbər verir ki, 1962-ci il təvəllüdlü Kavi Ələsgərov rayon ərazisindəki qəsəbələrdən birində yaşayan boşanmış qadınla gizli münasibət qurub, onunla sevgili olub. Bir müddət sonra o, xanımın intim videolarını çəkərək, onu hədələməyə başlayıb. Nəticədə qadın ondan ayrılaraq başqa rayona köçüb. Amma qadının birinci - rəsmi həyat yoldaşından olan 14 yaşlı qızı həmin qəsəbədə, nənəsinin himayəsində qalıb.

Bundan sonra sevgilisi ilə əlaqə saxlaya bilməyən Kavi onun azyaşlı qızı ilə münasibət qurmaq qərarı verib və bu məqsədlə onun arxasınca orta məktəbə gedib. Orta məktəbin 8-ci sinfində oxuyan qız dərsdən çıxarkən Kavi ona yaxınlaşaraq, 8 manat pul verib.

Bir müddətdən sonra Kavi qıza intim münasibət təklif edib, amma yeniyetmə onun bu təklifi ilə razılaşmayıb. Bu zaman Kavi qızdan ona verdiyi pulu qaytarmasını tələb edib, əks təqdirdə onun anasını və qardaşını öldürəcəyini bildirib. Məktəbli pulu qaytara bilmədiyi üçün Kavi onu hədələməyə başlayıb. O, qıza intim münasibətdə olmayacağı təqdirdə anasının videolarını yayacağını da bildirib. Çarəsiz qalan 8-ci sinif şagirdi 64 yaşlı kişi ilə seksual xarakterli hərəkətlərə razılaşıb. Bundan sonra Kavi bir neçə dəfə müxtəlif ərazilərdə ona qarşı seksual hərəkətlər edib, intim münasibətdə olub.

Növbəti dəfə Kavi şəxsi avtomobili ilə azyaşlı qızı məktəbdən götürüb, Qovlar qəsəbəsi ərazisində "Güllük" deyilən yerə aparıb. O, həmin ərazidə avtomobili saxlayaraq, qıza qarşı növbəti dəfə seksual hərəkətlər edərkən Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılıb və Kavi Ələsgərov məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Ələsgərov 6 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
Bu gün, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

Bütün xəbərlər
Bu gün, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Bu gün, 14:48

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Bütün xəbərlər
Bu gün, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Oxşar xəbərlər