Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 15 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
58 yaşlı Baqi Azadov tarazlığını itirərək yaşadığı evin zirzəmisinə yıxılıb. Nəticədə o, kəllə sümüyünün sınıqları xəsarəti alaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.