Gəncədə yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılıb. Bu haqda 5 iyun tarixində Report-a istinadən məlumat veririk.
Hadisə İdris Məşədi Zaman oğlu küçəsində qeydə alınıb. Binanın 5-ci mərtəbəsindən yıxılan 12 yaşlı yeniyetmə ağır xəsarətlər alıb. Zərərçəkən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.