Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 16 mart tarixində Apa-ya istinadən məlumat veririk.
35 yaşlı Emin Həsənov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata əsasən, 35 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.