top
34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib
01 sentyabr 2026, 16:14
- ↺ +

34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gədəbəydə 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Gencexeber.az-a bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, "Bəkdəmir yalı" adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib.

Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında atası Şahbaz Məmmədovun başına bir neçə dəfə ağacla vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib. O, törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini bir neçə gün sonra "Bəkdəmir yalı" adlanan əraziyə aparıb.

O, əməlini etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.

Həmin tarixdə Poladın əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə tövsif edilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Bu gün, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Bu gün, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Bu gün, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Bu gün, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Bu gün, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Bu gün, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Bu gün, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Bu gün, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Bu gün, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Bu gün, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Bu gün, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Bu gün, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Bütün xəbərlər
Dünən, 16:07

Gəncədə milyonlara tikilən filarmoniya ÇAT-ÇATDIR

Oxşar xəbərlər