Gəncədə intihar hadisəsi qeydə alınıb. Bu haqda 9 iyun tarixində Oxu.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 21 yaşlı
Mir Samir Ağa oğlu Mahmudov yaşadığı beşmərtəbəli binanın blokunun girişində özünü asıb. Onun meyiti qonşular tərəfindən tapılıb.
Bildirilir ki, Mahmudov bir qızla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb. Naməlum səbəbdən həmin qız gəncdən ayrılıb. Mir Samirin bu ayrılıq səbəbilə özünü öldürməsi ehtimal edilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.