Gəncədə gənc qız evdən çıxaraq gəri dönməyib. Bu haqda bu gün, 11 mart tarixində Gencexeber.az Report.az-a istinadən xəbər verir.
Gəncə sakini Bayramova Ceyran Sahəddin qızı yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Məlumat üçün qeyd edək ki, Ceyran Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. O, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.