Gəncədə yeniyetmə itib. Bu haqda 30 may tarixində Report-a istinadən məlumat veririk.
Hadisə Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 16 yaşlı şəhər sakini Aytən Mustafa qızı Orucova yaşadığı evdən çıxaraq, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.