Gəncədə üç küçənin kəsişməsində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-ın müxbiri 8 oktyabr tarixində xəbər verib.
İşıqforlar bu gün səhər saatlarından işləmir. Vəziyyət Təbriz ilə Cavad Rəfibəyli və Bayan küçələrinin kəsişmələrində müşahidə olunur.
Daha öncə, Gəncənin Heydər Əliyev ilə Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində işıqforun işləməməsi haqda xəbər vermişdik.


