Gəncədə evləri və küçələri su basıb. Bu haqda 26 may tarixində Report-a istinadən məlumat veririk.
Hadisə Heydər Əliyev Park-Kompleksində baş verib. Burada yerləşən süni göl daşıb. Nəticədə yaxınlıqda olan küçələri su basıb, fərdi yaşayış evlərinə və həyətyanı sahələrə su dolub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunublar.