Gəncə Şəhər Birləşmiş Xəstəxanası voleybol təmsilçimizin sponsoru olacaq. Bu haqda 18 oktyabr tarixində kluba istinadən xəbər veririk.
“Gəncə” Voleybol klubunun prezidenti Elvar Osmanov və Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov görüşüblər. Tədbirdə tərəflər birillik müqavilə imzalayıblar.
Anlaşmaya əsasən, xəstəxana komandaya ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və digər xidmətlər göstərəcək. Təmsilçimiz isə ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında xəstəxananın loqosunu yerləşdirəcək və digər marketinq xidmətləri göstərəcək.