top
Meyitdən ürək köçürülən tovuzlu gəncin səhhəti yaxşıdır
Bu gün, 16:01
- +

Meyitdən ürək köçürülən tovuzlu gəncin səhhəti yaxşıdır

Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.

Report.аz xəbər verir ki, ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:

"Ürək transplantasiyası etdirməyə qorxsam da, həkimimə inanırdım. Əməliyyatdan öncə təngnəfəsliyim var idi, indi hər şey çox yaxşıdır. Artıq əməliyyatdan bir neçə ay keçib, normal həyatıma davam edirəm. Düzdür, əvvəl hərəkət etməkdə çətinlik çəkirdim, indi rahat hərəkət edirəm. Bir neçə dərman qəbul edirəm. Bəzisi ömürlük, bəziləri müddətlidir. Donor ailəsinə, üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Transplantasiyanın mənə hər hansı psixoloji təsiri olmadı. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".

Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.

Qeyd edək ki, ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:25

İki ildə Azərbaycanda 11 min açıq ürək əməliyyatı icra olunub

Bütün xəbərlər
Bu gün, 16:48

Anasını öldürən qazinin qonşusu: "Müharibədən sonra əvvəlki kimi deyildi…"

Bütün xəbərlər
Bu gün, 15:12

Gəncədə fevralın 1-i havanın yağmursuz olacağı gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:37

21 yaşlı hamilə dəm qazından boğuldu

Bütün xəbərlər
Bu gün, 14:00

Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR

Bütün xəbərlər
Bu gün, 13:07

DYP həftəsonu yollarda vəziyyətlə bağlı müraciət edib

Bütün xəbərlər
Bu gün, 12:32

Gəncə təmsilçisi "Şamaxı"nı qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:44

Berlin–Bakı reysi Gəncəyə yönləndirildi

Bütün xəbərlər
Bu gün, 11:02

Azərbaycan güləşinin ürəyi Gəncədə döyünəcək

Bütün xəbərlər
Bu gün, 10:12

Bu gün 6 min məzun imtahan verəcək

Bütün xəbərlər
Bu gün, 09:06

Kişi anasını bıçaqlayaraq öldürdü, arvadı ağır vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 18:00

Gəncəli boksçulardan MÖHTƏŞƏM nəticə

Bütün xəbərlər
Dünən, 17:13

Gəncədə tələbələrə 25 velosiped hədiyyə olunub

Bütün xəbərlər
Dünən, 16:01

"Kəpəz"in sabiq futbolçusu Təbrizdə saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:18

Sabah külək əsəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:37

Gəncədə saxta araqlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 13:49

Yeni ildə turşudan zəhərlənən kişi öldü

Bütün xəbərlər
Dünən, 13:12

Gəncədə nadir ağaclar kəsildi

Bütün xəbərlər
Dünən, 12:32

"Gəncədə inkişafım üçün şərait olmadı, Qəbələyə köçdüm" - gəncəli futbolçu

Bütün xəbərlər
Dünən, 11:48

Sahibə Qafarovaya ağır itki

Bütün xəbərlər
Dünən, 11:26

Gəncədə şirkət rəhbəri yağ oğurladı, cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 10:49

Evində narkotik satan 54 yaşlı kişi saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:16

UEFA Kubokunun oyununu qəbul edən stadion xarabalığa çevrilib

Oxşar xəbərlər