Gəncə Dövlət Universiteti (GDU) və Azərbaycan Texnologiya Universitetinə (ATU) 25 ədəd velosiped hədiyyə edilib.
Gencexeber.az bildirir ki, layihə Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilib.
Layihənin davamı olaraq ADAU, GDU və ATU-da velosiped klublarının yaradılması planlaşdırılır ki, bu da tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına mühüm töhfə verəcək.