Oğul anasını qətlə yetirib, arvadını isə ağır yaralayıb.
Gencexeber.az-ın məlumatına görə, Goranboy rayonunun Fəxralı kəndində ağır cinayət hadisəsi baş verib. 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.
10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova hadisə yerində dünyasını dəyişib. Digər zərərçəkən J.Yolçuzadə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə mərhumun oğlu – III qrup əlili olan Vətən müharibəsi qazisi, 1987-ci il təvəllüdlü Emin Vəliyev şübhəli bilinir. O, hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu iddia edilir. Ağır xəsarət alan qadın şübhəli şəxsin həyat yoldaşıdır və iki azyaşlı uşaq anasıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.