25.8 C
Gence
25.8 C
Gence

Gəncə sakini bağlı qapı arxasında köməksiz qalıb

Gəncədə 9 noyabr tarixində 1 nəfər mənzildə köməksiz qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

Hadisə Nizami rayonunda qeydə alınıb. Axşam saatlarında FHN-nin qaynar xəttinə şəhər sakinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub. Əraziyə xilasetmə qüvvələri cəlb olunub. Onlar giriş qapısını açarkən vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Ən Çox Oxunan