19 C
Gence
19 C
Gence

Gəncəli xanım cüdo üzrə keçirilən yarışda yurdunu uğurla təmsil edib

Gəncəli cüdoçu xanım gümüş medala layiq görülüb. Bu haqda Azərbaycan Cüdo Federasiyasının rəsmi saytında məlumat paylaşılıb.

Dekabrın 7-də qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan kuboku yarışına start verilib. Yarış “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunub. Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Gəncə şəhərini təmsil edən Könül Əliyeva gümüş medal qazanıb.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq çempionat azarkeşsiz keçirilir.

Ən Çox Oxunan