12.5 C
Gence
12.5 C
Gence

Gəncəli şahmatçı xaricdə keçirilən 10 yaşlılar arasında turnirdə birinci pillədə qərarlaşıb

Gəncənin şahmat növü üzrə yeniyetmə idmançısı Avropa çempionatında 6-cı turdan sonra birinci pillədə qərarlaşıb. Bu haqda Gencexeber.az 19 oktyabr tarixində AZƏRTAC-a istinadən xəbər verir.

10 yaşlılar qrupunda yarışan Səadət Bəşirli 5,5 xalla birincidir. 9 turdan ibarət turnirdə 44 azərbaycanlı iştirak edir. Yarış oktyabrın 21-də başa çatacaq.

Qeyd edək ki, bu ilin əvvəlində Dünya çempionatında yer tutmuş Səadət Bəşirli Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif olunmuşdur.

Ən Çox Oxunan