20.3 C
Gence
15.5 C
Ganja

Gəncədə üç nəfər bağlı qapı arxasında köməksiz qalıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan üç nəfər xilas edilib. Bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat paylaşıb.

Kəpəz rayonunda üç nəfər sakinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı “112” qaynar xəttinə zəng daxil olub. Çağırış ünvanına cəlb olunan FHN-nin xilasetmə qüvvələri evin giriş qapısını açıb, vətəndaşlara müvafiq köməklik göstəriblər.

Daha öncə, 10 noyabr tarixində Gəncə sakinin xilas edilməsi haqda məlumat vermişdik.