24.8 C
Gence
24.8 C
Gence

Gəncədə şəhər Stadionunun inzibati binası sökülür

Gəncədə şəhər Stadionunun inzibati binasında söküntü işləri aparılır. Bu haqda 16 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Tikilinin söküntüsü Gəncədə Futbol Akademiyasının inşa olunması ilə əlaqədardır. Təhlükəsizlik tədbirləri məqsədilə ətrafı hasarlanan binanın hazırda dam örtüyünün və ikinci mərtəbəsinin söküntü işləri gedir.

Qeyd edək ki, bina sovet dönəmində inşa olunmuşdur və müəyyən vaxtlarda kosmetik təmirə məruz qalmışdır. Sözügedən stadionda “Kəpəz” futbol klubunun ev oyunları keçirilir.

Ən Çox Oxunan