Gəncədə azyaşlı uşaq bağlı qapı arxasında qalıb. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi səhifəsində 7 oktyabr tarixində paylaşılıb.
Uşağın köməksiz vəziyyətdə qalması hadisəsi şəhərin Nizami rayonunda bu gün səhər saatlarında qeydə alınıb. Ünvana cəlb olunan FHN-nin xilasetmə qüvvələri azyaşlını xilas ediblər.
Qeyd edək ki, zərərçəkən aidiyyatı üzrə təhvil verilib.
Daha öncə, Gəncədə 24 sentyabr gecə saatlarında bir nəfərin köməksiz qalması haqda xəbər vermişdik.