Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.
Apa.аz xəbər verir ki, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Xumar Səlimov ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazın boğularaq ölüblər.
52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
12:36
Goranboyda dəm qazından iki nəfər ölüb.
Gencexeber.az məlumat verir ki, hadisə rayonun Ağcakənd kəndində baş verib. İlkin məlumata görə, hadisə zamanı əmiqızları olan 45 yaşlı Sevil Səlimova və 52 yaşlı Xumar Səlimova həyatlarını itiriblər.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.