17.7 C
Gence
17.7 C
Gence

Gəncədə almanların izi: Zinger qardaşlarının emalatxanası

Zinger qardaşlarının emalatxanası Gəncə şəhərinin Cavad xan küçəsində yerləşir. Hazırda emalatxananın binası dəftərxana kimi fəaliyyət göstərir. Bu bina tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Bina 1901-ci ildə yaşayış evi kimi inşa edilib. 1902-1920-ci illərdə burada alman mexanikləri Zinger qardaşlarının istehsal etdiyi “Zinger” tikiş maşınılarının satış dükanı və emalatxanası olub. Bundan sonra binanın görkəmi dəyişdirilib və bina tikiş maşınının görkəminə salınıb.

Tarixçi-etnoqraf Səyyaf Paşayev “unikal.org” saytına musahibəsində deyir ki:  “…Bu küçədə mağazalar, banklar, senomatoqrafiyalar yerləşib və sakinlərin sevimli gəzinti yeri olub. O zaman dünyada məşhur olan, “Zinger” əl və ayaqla işləyən tikiş maşınları hər yerdə yayılmışdı və onun formalarına oxşar belə bir binanın inşası maraqla qarşılanırdı”.

Səyyaf Paşayev, həmçinin qeyd edib ki: “Bu binanı da o zaman almanlar yaşayış evi kimi tikmişdi. Alt hissəsində mağazalar olub, üst hissəsində insanlar yaşayıb. Almanlar öz “Zinger” firmaları ilə duyduqları böyük qüruru məhz bu binanın fasadında əks etdiriblər. Binanın üzündə tikiş maşınının siluetinin şəkli  hörülərək əks olunmuşdur. “Zinger” tikiş maşını bir vaxtlar indiki “Mercedes” qədər dünyaya yayılmış bir marka idi“.

Almanların Gəncə və ona yaxın rayonlarda məskunlaşması 1818-1819-cu illərdə başlamışdır. Gəncədə şəhərində 1897-ci ildə 103 alman yaşayırdı. Onlar burada 1941-ci ilə kimi yaşayıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Mənbələr:

  1. https://www.unikal.org/news/255/gencede-bir-tarixi-bina-var
  2. http://kepeztv.az/news/id/17536
  3. https://azertag.az/xeber/Gence_tarixin_sahidi_ve_turizm_merkezi-982030
  4. http://www.demoscope.ru/weekly/ssp/emp_lan_97_uezd.php?reg=375

Ən Çox Oxunan