"Kəpəz" futbol klubu növbəti transferini reallaşdırıb.
Gencexeber.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, "Sarı-göylər" Vadim Abdullayevi heyətinə qatıb.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Ötən mövsümü "Karvan-Yevlax"da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.