top
Gəncənin Alban məbədi məhv olur
Video
15 iyul 2026, 14:02
- ↺ +

Gəncənin Alban məbədi məhv olur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qədim tarixə malik olan Gəncənin Alban məbədi uzun illərdir baxımsız vəziyyətdədir və bərpaya ehtiyac duyur.

Gencexeber.az xəbər verir ki, Mirzə Abbas Abbaszadə küçəsində yerləşən tarixi abidənin inşa tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələr məbədin V–VII əsrlərdə tikildiyini və XVII əsrdə bərpa olunduğunu, digər mənbələr isə onun XVIII əsrdə inşa edildiyini bildirir.

Sonralar "Müqəddəs İohann Kilsəsi" kimi tanınan məbəddə Gəncədə yaşayan xristianlar ibadət ediblər. Qırmızı tuf daşından inşa edilən bina yeddi sütun üzərində qurulub. Rəvayətə görə, bu sütunlar dünyanın yeddi möcüzəsini simvolizə edir. Məbədin günbəzi isə yonulmuş daşlardan hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Tarix şöbəsinin əməkdaşı Yasin Alməmmədovun sözlərinə görə, Alban məbədi hazırda ən ağır dövrlərindən birini yaşayır:

"Təəssüf ki, tarixi tikili hazırda tamamilə baxımsız vəziyyətdədir. Uzun illərdir burada heç bir restavrasiya işi aparılmayıb. Divarlarında çatlar əmələ gəlib, ərazini kol-kos basıb. Məbədin qapısı bağlı olsa da, pəncərələri açıqdır. Daxili hissə isə məişət tullantıları ilə doludur.

Qısa arayış üçün qeyd edim ki, vaxtilə bu binada Gəncə Kamera Orkestri fəaliyyət göstərirdi. Orkestr başqa ünvana köçürüldükdən sonra tikili tamamilə baxımsız qalıb və yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, tarixi abidənin restavrasiyası ilə bağlı hələlik hər hansı tədbir nəzərdə tutulmayıb. Hazırda əsas məqsəd tikilinin mövcud vəziyyətdə qorunub saxlanılmasıdır".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüzeyinli isə bildirib ki, Gəncə şəhərində yerləşən Alban məbədi nəzarətsiz deyil və onun mövcud vəziyyətdə mühafizəsi təmin olunur.

Onun sözlərinə görə, daşınmaz tarix-mədəniyyət abidəsi olan məbədin vəziyyətinə Xidmətin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən mütəmadi nəzarət edilir.

Fariz Hüzeyinli qeyd edib ki, abidənin inşa tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin dövlət siyahısında məbəd XVIII əsrə aid edildiyindən, hazırda rəsmi olaraq həmin tarix əsas götürülür və məlumat lövhəsi də buna uyğun hazırlanıb.

O bildirib ki, sözügedən siyahıda bəzi abidələrin tarixi və ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur. Bu səbəbdən Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurası tərəfindən siyahının yenilənməsi istiqamətində iş aparılır. Mərhələli şəkildə abidələrin adı, ünvanı və inşa tarixi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Rəsmi əlavə edib ki, Gəncədəki Alban məbədi ilə bağlı məlumatlar da mütəxəssislər tərəfindən yenidən nəzərdən keçiriləcək.

Bununla yanaşı, Fariz Hüzeyinli bildirib ki, hazırda məbədin restavrasiyası ilə bağlı hər hansı layihə və ya iş nəzərdə tutulmayıb, əsas diqqət isə abidənin mövcud vəziyyətdə qorunub saxlanılmasına yönəldilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər