20 noyabr 2020-ci ildə Ağdam doğma yurduna – Azərbaycana qaytarıldı.
Ağdam rayonu 23 iyul 1993-cü ildə düşmən tərəfindən işğal olunmuşdur. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. 44 gün davam edən müharibənin sonu 10 noyabrda üçtərəfli Bəyanatın imzalanması ilə sonlandı. Üç dövlət başçısı – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan tərəfindən imzalanan Bəyanatın 2-ci bəndində Ağdamın qaytarılması 20 noyabra təyin olunmuşdur.