Gəncə şəhərinin mərkəzi küçələrindən olan Şeyx Bahəddin küçəsində məişət tullantıları problemi yenidən gündəmə gəlib.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, küçədə yerləşən üç köhnə zibil konteynerinin ətrafı növbəti dəfə məişət tullantıları ilə əhatələnib. Konteynerlərdən kənara atılan zibillər ərazidə antisanitar vəziyyət yaradıb, xoşagəlməz qoxunun yayılmasına səbəb olub.
Bildirilir ki, sözügedən problem artıq uzun müddətdir mütəmadi olaraq təkrarlanır və bir növ ənənəvi hal alıb. Vətəndaşlar aidiyyəti qurumlardan tullantıların daşınmasını, köhnə konteynerlərin yenilənməsini və ərazidə daimi nəzarətin təmin edilməsini xahiş edirlər.