Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Gencexeber.az bildirir ki, polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.