Gəncə şəhərinin mərkəzi küçələrindən biri olan Şeyx Bahəddin küçəsində yaranmış antisanitar vəziyyət aradan qaldırılıb.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) Gencexeber.az-a bildirilib ki, qurumun əməkdaşları və xüsusi texnikası vasitəsilə ərazidə təmizlik işləri aparılıb. Məişət tullantıları yığışdırılıb, konteynerlər boşaldılıb və ətraf səliqəyə salınıb.
Habelə MKTİB sakinlərə müraciət edərək şəhərin sanitar vəziyyətinin qorunmasına dəstək verməyə çağırıb:
"MKTİB bir daha sakinlərdən xahiş edir ki, şəhərin sanitar vəziyyətinin qorunub saxlanılması məqsədi ilə məişət tullantılarını ətrafa deyil, konteynerlərə atsınlar və bununla isti hava şəraitinin pik həddə çatdığı bir vaxtda Təmizlik şöbəsi əməkdaşlarına bu ağır işdə dəstək olsunlar".