Gəncədə su xətti təmir olunur. Bu haqda Gencexeber.az-ın müxbiri 23 oktyabr tarixində xəbər verib.
İşlər şəhərin Atatürk prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişmələrində aparılır. Ərazidə qazıntı işləri üçün texnika və ağır tonajlı maşın cəlb olunub.
Bu gün səhər saatlarından yolda dərin çala qazılıb. Qaynaqçılar xətti təmir edirlər.
Daha öncə, binalarda suyun təzyiqi ilə bağlı yaşanan çətinliyin aradan qaldırılması haqda xəbər vermişdik.
